Təcili yardım maşını qəzaya düşdü, yaralılar var

  • By admin
  • 10 İyul 2018 11:41

Похожее изображение

Hadisə Nərimanov rayonu, Həsən Əliyev küçəsi 140-ın qarşısında baş verib.

Gununsesi.info-nun məlumatına görə, 8 saylı təcili tibbi yardım maşını Bayram Əhmədlinin idarə etdiyi “Daewoo” markalı avtomobillə toqquşub. Qəza nəticəsində təcili tibbi yardım maşınında olan həkimlə tibb bacısı, minik avtomobilində olan xarici vətəndaş isə yüngül xəsarət alıblar. Yaralılar xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicəyə buraxılıblar.

 Faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində araşdırmalara başlanılıb.