Təcili yardım maşını qəzaya düşdü - 2 hərbçi yaralandı

  • By admin
  • 21 Sentyabr 2016 09:15

qeza

Gəncə-Daşkəsən yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.

Gununsesi.info report.az-a istinadən xəbər verir ki, hadisə saat 22:20 radələrində baş verib.
Belə ki, “VAZ -2107” markalı avtomobillə təcili yardım maşını toqquşub. Qəza zamanı “VAZ -2107” avtomobilinin sürücüsü və 2 hərbçi xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info