Ötən il Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 693, 6 mindən artıq insan müraciət edib. Onların 63,3 mini xəstəxanalara yerləşdirilib. Stansiyada əvvəllər fəaliyyət göstərən pediatrik briqadalar bərpa olunub. Reanimasiya tədbirləri nəticəsində 2 mindən çox ağır vəziyyətdə olan xəstə xilas edilib. Ürək-damar xəstəlikləri ilə əlaqədar daxil olan 15 mindən artıq müraciət edənlərin 12, 3 mini xəstəxanaya yerləşdirilib. Miokard infarktı ilə daxil olan 865 müraciət edənlərin 814-ü stasionarda müalicə alıblar.
Gununsesi.info xəbər verir ki, bu barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında keçirilən mətbuat konfransı zamanı stansiyanın baş həkiminin müavini İradə Əliyeva məlumat verib. Jurnalistlərə təcili yardım maşınlarında quraşdırılan kamera və müasir texnoloji vasitələr haqqında da məlumat verilib.