Tədqiqatçı tələbələrlə görüş keçirildi - FOTO

  • By admin
  • 06 İyul 2017 08:54

t1-696x439

Qafqaz Araşdırmaları Mərkəzi-ictimai birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan “Bakı şəhərində yerləşən mədəni və tarixi abidələr üçün nəzərdə tutulan turist marşrutları və göstərilən xidmət səviyyəsinin tədqiqi” mövuzunda növbəti tədbir keçirilib.

Bu barədə Gununsesi.info-ya adıçəkilən qurumdan məlumat verilib. Məlumatda bildirilir ki, layihə ilə əlaqədar bu sahənin tədqiqatçı tələbələri ilə görüş keçirilib və araşdırılması nəzərdə tutulan məkanlarda xidməti səviyyəsinin yüksəldilməsi ilə əlaqədar məsələlər müzakirə olunub.
Tədbirin əvvəlində birliyin icraçı direktoru Qahirə Məmmədova layihənin əsas tədqiqat obyektinin Bakı şəhərində yerləşən üç turistik məkan-Qobustan dövlət tarixi-bədii qoruğu, Yanardağ və “Qala” Dövlət tarix- etnoqrafiya qoruğu olduğunu iştirakçıların diqqətinə çatdırıb. Tədbirdə ekspert qismində iştirak edən kulturoloq Vüsalə Məmmədzadə hər üç məkan haqqında xüsusi qeydlərini və son illərdə dövlət səviyyəsində bu məkanlarda aparılan məqsədyönlü işləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə iştirak edən tədqiqatçı tələbələr qeyd olunan mədəni və tarixi abidələrdə turist cəlbediciliyi baxımından görülən işlərin əhəmiyyətini qeyd etməklə, adıçəkilən məkanların turist cəlbediciliyinin artırılması imkanları barədə fikirlərini də bildirib. Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə fotoşəkli çəkdirilib.

t2-690x370

Gununsesi.info