Təhlükəli mafiya başçısı həbs edildi - ONU 29 İL HƏBS CƏZASI GÖZLƏYİR

  • By admin
  • 02 İyun 2017 17:12

mafiya bascisi

İtaliyanın 5 ən təhlükəli mafiya başçısından biri olan 56 yaşlı Cuzeppe Corc həbs edilib.

Gununsesi.info-nun publika.az-ya istinadən verdiyi məlumata görə, 1994-cü ildən axtarışda olan Cuzeppe Corc hətta ölkənin hüquqlarını tərk etmədən hüquq-mühafizə orqanlarından gizlənməyə müvəffəq olub.

O, öz evində, doğma San-Luka kommunasında yaşayırdı.

Hakimiyyət hesab edirdi ki, o, ölkəni çoxdan tərk edib və Almaniyada gizlənir. Hüquq-mühafizə orqanları mafiya başçısının evinə dəfələrlə baş çəkib, ancaq heç vaxt tutulmayıb. Xəbərə görə, o, evin arxasında olan həyətdəki bunkerdə gizlənirdi.

Narkoticarətlə məşğul olan beynəlxalq cinayətkar qrupla əlaqələrdə, qətllərdə və qarətlərdə ittiham olunan Cuzeppe Corcu 29 il həbs cəzası gözləyir.

Qeyd edək ki, onunla bağlı olan qruplaşma 2006-cı ildə İtaliyada milad qətliamında iştirak edib. Silahlı hücumda onlarla duşmənçilik edən qruplaşmanın liderlərinin birinin arvadı və onun mühafizəçiləri öldürülmüşdü.

Gununsesi.info