Təhlükəsiz ərazilərə üç nəfər azyaşlı olmaqla 24 nəfər təxliyə olunub - FHN

  • By admin
  • 29 Sentyabr 2016 07:42

fhn-2

Fövqəladə Hallar Nazirliyi (FHN)  Bakıda qeyri-sabit hava şəraitinin yaratdığı fəsadlarla bağlı yeni məlumat yayıb.

Gununsesi.info-nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin qurumları tərəfindən sentyabrın 28-də yağan yağışlar nəticəsində fərdi yaşayış evlərində köməksiz vəziyyətdə qalmış insanların təxliyəsi və yollarda yağış sularının çəkilməsi işləri davam etdirilir.

“Hazırkı vaxta qədər təhlükəsiz ərazilərə üç nəfər azyaşlı olmaqla 24 nəfər təxliyə olunub”-deyə, məlumatda qeyd olunur.

Gununsesi.info