Təhlükəsizlik əməkdaşı Dəniz Baykalın professor oğluna kəllə atdı və MƏHKƏMƏYƏ VERİLDİ

  • By admin
  • 08 İyul 2017 00:09

atac-baykal

Türkiyənin nüfuzlu siyasilərindən olan CXP-nin əski genəl başqanı və hazırda Antalya millət vəkili Dəniz Baykalın oğlu fiziki təzyiqə məruz qalıb.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, belə ki, ODTÜ-dəki məzuniyyət törənində bir güvənlik-təhlükəsizlik görəvlisinin (əməkdaşının) dartışdığı şəxsə kəllə atdığı görüntülər sosial mediada böyük təpki çəkmişdi.

Artıq güvənlik görəvlisinin fiziki təzyiqinə məruz qalan şəxsin kimliyi məlum olub: Bu şəxsin  CXP-nin əski lideri- Antalya millət vəkili Dəniz Baykalın oğlu- tanınmış həkim-professor Ataç Baykal olduğu ortaya çıxıb.

Son məlumata görə, Baykalın oğlu sözügedən olayla bağlı məhkəməyə müraciət edib və ona fiziki təzyiq edən şəxsi məhkəməyə verib.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info