Andrey Karlovun ölümü ilə bağlı mühüm suala Putindən qeyri-adi cavab.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, “Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun niyə cangüdəni yox idi?” sualına cavab Rusiya prezidenti Vladimir Putindən özünəməxsus cavab gəlib. O, səlahiyyətli silahlı təhlükəsizlik işçilərinin sadəcə səfirlik ərazisində fəaliyyət göstərdiyini xatırladıb.
Prezident bunun yalnız Türkiyədə deyil, bir çox ölkələrdə də belə olduğunu vurğulayıb.
Putin bildirib ki, dünya ölkələrində ortaq qayda-qanunlar var. Bunlardan biri də səfirlikdə fəaliyyət göstərən təhlükəsizlik işçilərinin silahla heç yerə çıxa bilməməsidir.
Nigar Cəfərli
Gununsesi.info