Təhlükəsizlik məqsədi ilə qadınların niqab geyinməsinə qadağa qoyuldu - MOSULDA

  • By admin
  • 28 May 2017 09:17

niqab

İraq hökuməti təhlükəsizlik məqsədi ilə  Mosul şəhərində qadınların niqab geyinməsinə qadağa qoyub.

 Gununsesi.info-nun xəbərinə görə, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

Qadağanın İŞİD terrorçularının niqab geyimi altında gizlənmə ehtimalı ilə əlaqədar olaraq tətbiq edilib.

Bundan başqa, saat 18.00-dan etibarən  şəhərdə motosikletlə hərəkət etmək qadağan olunub.

Həmçinin, elektron cihazlar mağazalarının sahiblərinə mobil telefon və sim-kart alıcılarının kimliyini qeydə almaq tapşırılıb.

Gununsesi.info