Təhlükəsizlik səbəbindən 58 gəminin səfərə çıxmasına icazə verilməyib

  • By admin
  • 10 Aprel 2017 07:59

gemi sefer

2016-cı ildə təhlükəsizlik səbəbindən 58 gəminin səfərə çıxmasına icazə verilməyib.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində olan Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin hesabatında deyilir.

Aparılan nəzarət yoxlamaları zamanı gəmilərdə dəniz üzgüçülüyünün təhlükəsizliyinə, insan həyatına və ətraf mühitə real təhlükə yaradan uyğunsuzluqlar aşkar edildiyindən ümumilikdə 58 gəminin səfərə çıxmasına icazə verilməyib. Bunlardan 34–ü Azərbaycan bayrağı, 24–ü isə xarici ölkələrin bayraqları altında üzən gəmilər olub.

Ötən dövr ərzində 3 min 892 gəmi jurnalı təsdiq edilərək gəmilərə təhvil verilib.

Azərbaycan Respublikasının ərazi sularında və liman akvatoriyalarında xarici dövlətlərin bayrağı altında üzən 1795 gəmiyə bələdçi xidməti göstərilib. Bələdçilər tərəfindən sözügedən gəmilərin dəniz kanalları vasitəsilə limanlara təhlükəsiz gəliş-gedişi təmin olunub.

Gununsesi.info