
BMT Təhlükəsizlik Şurası Şimali Koreya ilə kömür və dəniz məhsullarının ticarətinin tamamilə dayandırılmasına çağıran qətnamənin layihəsi ilə əlaqədar səsverməyə hazırlaşır.
Gununsesi.info bildirir ki, NHK telekanalının yaydığı məlumata görə, qətnamə layihəsi BMT Təhlükəsizlik Şurasının (TŞ) qadağalarına baxmayaraq, ötən ay iki dəfə ballistik raket sınağı keçirmiş Şimali Koreyaya qarşı əlavə sanksiyaların tətbiqini nəzərdə tutur.
Məlumatda qeyd edilir ki, ABŞ Çin ilə qətnamə layihəsi barədə əlavə danışıqlar aparıb.
NHK telekanalı avqustun 4-də ABŞ tərəfindən TŞ-nin üzvlərinə təqdim edilmiş qətnamə layihəsinin surətini əldə edə bilib. Sənəddə raket buraxılışları kəskin tənqid olunur və Şimali Koreya tərəfindən kömür, dəmir, dəmir filizi, qurğuşun, qurğuşun filizi və dəniz məhsullarını ixracına qadağa qoyulur. Layihəyə əsasən, xaricdə Şimali Koreyadan olan işçilərin sayının artırılması da qadağan edilir.
Gununsesi.info