Təhlükəsizlik üçün vurulan peyvəndlər təhlükəli imiş– QADAĞAN EDİLDİ

Təhlükəsizlik üçün vurulan peyvəndlər təhlükəli imiş

Səhiyyə Nazirliyi Gürcüstanda 2016-17-ci illər ərzində insan sağlamlığı üçün təhlükəli olan, 30 min dəfə dozadan artıq istifadə edilən peyvəndi istifadədən çıxarıb.

Gununsesi.info xəbər verir ki, bu barədə dövlət auditinin dərcindən sonra əhali qarşısında cavab verməli olan Səhiyyə Nazirliyinin nümayəndələri məlumat verib.

Dövlət auditinin hesabatına görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Gürcüstanda 30 min dəfə istifadə olunan təhlükəli peyvəndi istifadədən kənarlaşdırmağı tövsiyə edib. Səbəb olaraq bildirilib ki, peyvəndlər lazımı qeydiyyatı keçə bilməsə də, Gürcüstanın xüsusi komissiyası peyvəndin istifadəsi üçün icazə alıb.

Lakin ÜST-nın bəyanatına cavab olaraq İctimai Sağlamlıq və Xəstəliklərə Nəzarətə dair Milli Mərkəzin rəhbəri Amiran Qamkrelidze bütün itthamları rədd edib. O bildirib ki, Gürcüstana gətirilən dərman vasitələrinin hər biri mövcud qaydalara uyğun şəkildə idxal olunubb: “Dərman vasitəsi quduzluğa qarşı peyvənddir, uşaqlara vurulan peyvənd deyil”.

Xatırladaq ki, 2016-cı ildə ÜST ölkədə dərman vasitəsinin keyfiyyəti və təhlükəsizliyini yoxlamaq məqsədilə yoxlama aparıb. Mövcud məsələ ilə bağlı dövlət audit orqanlarının əməkdaşları Səhiyyə Nazirliyi əməkdaşları ilə görüşüb və quduzluğa qarşı peyvəndin effektiv, təhlükəsiz olması ilə bağlı bütün arqumentlər səsləndirilib. Lakin məslənin sosial şəbəkələrdə geniş müzakirə edilməsi valideynləri təşvişə salıb. Onlar öz uşaqlarına adıçəkilən peyvəndin vurulmasından imtina etdiklərini bildirib.

Gununsesi.info

COMMENTS