
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı (NHMT) Azərbaycanın neft sektorunda əmək, iqtisadi, sosial və mülki hüquqlar üzrə qanunvericiliyin icra vəziyyətinin qiymətləndirilməsini əhatə edən 2016-cı ilin yekunları üzrə hesabat hazırlayıb.
Gununsesi.info hesabata əsasən bildirir ki, təşkilat tərəfindən 75 nəfər işçinin məhkəmə işinə hüquqi yardım göstərilmişdi. Şikayətlər əsasən, SOCAR Kompleks Qazma İşləri Tresti, Dərin Özüllər Zavodu, BP şirkəti, Qarasu Əməliyyat Şirkəti, “Altus İntervention AS” şirkəti, ”Qinterra Tekhnologies AS” şirkəti, “Schlumberger Overseas SA”, “Schlumberger logelco İnc”, SWİFT və sair şirkətlərdən olub.
NHMT-nn sənədində qeyd edilir ki, neft sektorunda çalışanların sayı 52,1 min nəfər olub. 2013-cü ildən bəri bu sektorda çalışan işçilərin sayı 9 min nəfər azalıb.Orta aylıq və minimum əmək haqlarında isə elə də ciddi artım olmayıb.Müvaiq olaraq 893 manat və 150 manat təşkil edib.
“SOCAR-da və əksər xarici neft şirkətlərində işçilərlə müddətli əmək müqaviləsi bağlanılır. Bu da arzuolunmaz işçinin rahatlıqla işdən azad olunmasına imkan yaradır. Azərbaycanın neft sənayesində ən böyük hüquq pozuntusu olan bu proses( işçilərlə bağlanmış müddətli əmək müqaviləsinin 1, 2, 3, 6 ay və ən çoxu 1 il müddətinə) hələ də davam edir”,- hesabatda vurğulanır.
Hesabata görə, bu kimi hallar qanunvericiliyə ziddir: “ SOCAR-n “ Azneft” İstehsalat Birliyinnin strukturuna daxil olan idarələrdə çalışan işçilər (, Neft Daşları, “28 May” Neft və Qazçıxarma İdarəsinin və s.) onlara təklif etdiyi Əmək müqaviləsinə Əlavədən narahatlıqlarını bildirirlər. Belə ki, işçilər bu Əlavənin onları qane etmədiyini, lakin bu Əlavəyə imza etməyə məcbur edildiklərini bildirirlər. Baxmayaraq ki, Əmək Məcəlləsinə əsasən Əmək müqaviləsinin şərtlərinin zorla və ya məcburi surətdə dəyişdirilməsi qadağandır. Təşkilatın mütəxəssisləri tərəfindən bununla əlaqədar Rəy hazırlanmış, işçilər arasında maarifləndirmə aparılmış və içtimailəşdirilmiş və hazırlanmış Rəy SOCAR rəsmilərinə göndərilmişdir.
Bundan əlavə, ARDNŞ-də və xarici müəssisələrdə işçilərin tarif maaşına edilən əlavələrin ödənilməsində də qanunsuzluqlara yol verilir.Belə ki, bu əlavələr (dəniz əmsalı, susuzluğa görə, axşam və gecə pulu, zərərli işə görə və sair) qanunsuz olaraq tarif maaşının tərkibinə daxil edilir və ödənilmir.Əmək Məcəlləsinə əsasən isə bu əlavələr tarif maaşının tərkibində deyil, tarif maaşına edilən əlavələr kimi nəzərdə tutulub”.
Banklar tərəfindən heç bir məhkəmə qərarı olmadan əmək haqlarından 50 faizdən çox pulun tutulması halları barədə də Təşkilata şikayətlər daxil olmuşdur.Halbuki, məhkəmə qərarı olmadan işçinin əmək haqqından 20 faiz, məhkəmə qərarı və ya qərarları əsasında isə 50 faizdən çox olmayan tutmalara yol verilir. Bununla əlaqədar bu sahədə bir işçinin pozulmuş hüquqlarının bərpası ilə əlaqədar “Azərigaz Bankı”na qarşı Bakı şəhərinin Nəsimi Rayon məhkəməsində iddia qaldırılıb.
Sözegedən sektorda ölüm halları da ildən-ilə artır. Belə ki, NHMT-nın təqdimatəna əsasən, 2010 -2016-cı il ərzində ölkənin hasilat sənayesində həlak olan işçilərin sayı aşağıdakı kimi oulub. Həlak olanların 80%-i SOCAR işçiləridir.
İllər 2010 2011 2012 2013 2014 2015 2016
Say 10 23 13 6 19 37 22
2013-2015-ci illərdə SOCAR-ın əməyin təhlükəsizliyi sahəsində məhsuldarlıq göstəriciləri;
Göstəricilər 2013 2014 2015
Cəmi zədələnmələrin sayı 12 30 36
O cümlədən ölənlərin sayı 3 12 15
2013-2015-ci ildə SOCAR-n əməyin mühafizəsi xərcləri;
Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə xərclər (min.man) 2013 – 2014 – 2015
Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə , o cümlədən: 32069 – 22789 – 21665
Əmək şəraitinin yaxşılaşdırılması üzrə nomenklatur tədbirlərə 22340 16481 15956
Xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinə 8001 4625 – 3964
Süd təchizatına 1312 1216 1332
Digər xərclərə 417 467 413
Cədvəldən göründüyü kimi, əməyin təhlükəsizliyi sahəsindəki ciddi qüsurlara baxmayaraq SOCAR bu sahəyə ayrılan vəsaiti azaldıb.
Vüsalə Rüstəmova
Gununsesi.info