“Hər bir dövlətin uğurlu dövlət siyasəti elmi prinsiplərə söykənir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev tərəfindən yeni nəfəs gətirilərək uğurla həyata keçirilən müstəqil Azərbaycanın dövlət siyasətinin kökündə də elmi prinsiplər dayanır.
Ölkəmizdə elm və təhsil sektoruna dövlət tərəfindən göstərilən diqqət və qayğı nəticəsində son illər elmdə, təhsildə və intellektual fəaliyyətin bütün sahələrində əhəmiyyətli dönüşə nail olunub. Elm və təhsil sahəsində qarşıya qoyulan böyük hədəflər tariximizdə yüksək inkişaf, bütün sahələrdə islahatların daha da dərinləşməsi dövrü kimi xarakterizə olunur”.
Gununsesi.org xəbər verir ki, bunu millət vəkili Pərvin Kərimzadə deyib.
Onun sözlərinə görə, təhsilə dövlət qayğısı hər zaman dövlət büdcəsində də öz əksini tapır. 2020-ci ildə təhsilin ən ali səviyyədə inkişafı üçün dövlət büdcəsindən təhsil xərclərinə 3155,8 milyon manat vəsait ayrılıb ki, bu da, 2019-cu ilə nisbətən 873,6 milyon manat çoxdur:
“Təhsillə elm bir-birinə bağlıdır. Təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müəllimlərim əmək haqqlarının artırılması, təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən islahatlar, bir sözlə təhsilə artan qayğı elmin də inkişafına, tərəqqisinə zəmin yaradır…”.