“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi ilə bağlı təklif irəli sürülüb.
Gununsesi.info-nun xəbərinə görə, təklifə əsasən, qanunun 14.8-1.5-ci maddəsinə hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən aldığı xəsarət, travma və ya yaralanma nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin də əlavə edilməsi nəzərdə tutulur.
Qeyd edilir ki, bu dəyişiklik həmin kateqoriyadan olan şəxslərin təhsil sahəsində hüquqlarının daha geniş şəkildə təmin olunmasına və onların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edə bilər.
Qeyd edək ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ötən ilki fəaliyyətinə dair məruzəsini parlamentə təqdim edib.
Sözügedən məruzədə aidiyyəti qurumlara təklif və tövsiyələr əks olunub.
Orxan











