Təhsil naziri rektorlara tapşırıqlarını verdi

  • By admin
  • 18 May 2018 14:26


Təhsil naziri Ceyhun Bayramov ali və orta ixtisas təhsili müəssisələrində 2017/2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili üçün təhsil müəssisələrinin rəhbərlərinə tapşırıqlarını verib.

Gununsesi.info-nun məlumatına görə, C.Bayramov bununla bağlı əmr imzalayıb.

Əmrim imzalanmasında məqsəd ali və orta ixtisas təhsili müəssisələrində 2017/2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etməkdir.

Gununsesi.info