Təhsil naziri Zərdab şəhərində vətəndaşlar ilə görüşəcək

  • By admin
  • 15 Sentyabr 2016 20:11

mik

 

Təhsil naziri Mikayıl Cabbarov sentyabrın 23-də saat 11:00-da Zərdab şəhərində vətəndaşlar ilə görüşəcək.

HTML tutorial

Nazirliyin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, görüş Heydər Əliyev Mərkəzində baş tutacaq.

Ucar, Zərdab, Göyçay və Ağcabədi rayon sakinləri ilə keçiriləcək görüşdə həmin rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Görüşə gəlmək istəyən vətəndaşlar sentyabrın 15, 16, 19, 20, 21-də Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

 

 

Gununsesi.info