
Zimbabvedə kasıb ailələr övladlarının təhsil haqlarını diri heyvanlarla ödəyəcəklər.
Gununsesi.info xarici kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, bu qərarı Zimbabvenin təhsil naziri verib.
Təhsil naziri bildirib ki, diri heyvanları verməklə də təhsil haqlarını ödəmək mümkün olacaq. Lakin bu qərar yalnız müəyyən bölgələrdəki ailələrə şamil edilib.
Nağd ödənişin çətinləşməsi, əhalinin banklar qarşısında uzun müddət gözləməsi və kredit borclarının çoxalması belə qərarın verilməsinə səbəb olub.
Gununsesi.info