Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

22 Fevral 2018
21 Fevral 2018

13 Fevral 2018 - 15:10

Təhsil nazirinin malikanəsi- FOTOLAR

Dağıstanda ötən həftə həbs olunan keçmiş təhsil naziri, nüfuzlu çarodin klanının rəhbəri Şahabbas Şahovun dəbdəbəli malikanəsinin görüntüləri yayılıb.

Gununsesi.info virtualaz.org-a istinadən xəbər verir ki, keçmiş nazirin malikanəsini dəbdəbəli çilçıraqlar və xalçalar bəzəyir, ərazisində isə iki hovuzu var.

Şahabbas Şahov Dağıstanda Moskvadan göndərilmiş xüsusi istintaq komissiyası tərəfindn həyata keçirilən antikurrupsiya “təmizləmələrində” həbs olunub. O, Kaspiyskdə məktəb tikintisi zamanı külli miqdarda vəsaiti mənimsəməkdə ittiham olunur. Moskva müstəntiqləri məmurun azı 100 milyon rubl mənimsədiyini ehtimal edir.

Nazirin malikanəsinin fotolarını “Komsomolskaya Pravda” dərc edib. Evin içərisi lap şah saraylarına oxşayır. Klassik dizaynı mərmər sütunlar tamamlayır, interyeri heykəllər, vəhşi heyvanların dərləri, ekstravaqant üslubda royal, rəsm əsərləri və qızılı korpuslu dəbdəbəli mebellər bəzəyir.

Gununsesi.info