
“Məktəbəhazırlıq mərhələsi uşaqların gələcək təhsil nailiyyətlərində müstəsna əhəmiyyət daşıyır. 2014-cü ildə Bakıda pilot layihə kimi başlanan məktəbəhazırlıq qruplarının fəaliyyəti bu ildən ümummilli proqrama çevrilib”.
Gununsesi.info xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.
“Cari ildə ölkə üzrə 5 yaşına çatmış uşaqların 55 faizinin məktəbəhazırlığa cəlb edilməsi nəzərdə tutulur. 2020-ci ilədək bu rəqəmin 90 faizə çatdırılması planlaşdırılır ki, bu da dünyanın ən inkişaf etmiş ölkələrinin səviyyəsinə bərabərdir” – deyə, nazir daha sonra sözlərinə əlavə edib.
Anar
Gununsesi.info