Təhsil Nazirliyi Bakıda Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində müəllimin şagirdi döyməsi ilə bağlı məsələyə münasibət bildirib.
Qurumdan Gununsesi.info-nun sorğusuna cavab olaraq bildirilib ki, iddia ilə bağlı araşdırma aparılır:
“Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.
Qeyd edək ki, “Report”un yaydığı xəbərə görə, şagirdi döydüyü bildirilən 55 yaşlı Q.Qasımov adlı müəllimlə bağlı Nərimanov rayon 16-cı Polis Bölməsində araşdırmalara başlanılıb.
Gununsesi.info