Təhsil Nazirliyi hava şəraiti ilə bağlı xəbərdarlıq edib

  • By admin
  • 29 Mart 2018 20:26


Təhsil Nazirliyi valideynlərə xəbərdarlıq edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorundan Gununsesi.info-ya verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, martın 30-dan 31-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraiti qeyri-sabit keçəcək, güclü (təhlükəli) şimal-qərb küləyi əsəcək.

“Təhsil Nazirliyi bununla bağlı tələbə və şagirdləri diqqətli olmağa, xüsusilə azyaşlı məktəb şagirdlərinin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırır. Eyni zamanda Bakıda və Abşeron yarımadasında fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərlərindən göstərilən tarixlərdə müvafiq təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirmələri xahiş olunur”, – məlumatda qeyd olunub.

 

Gununsesi.info