Təhsil Nazirliyi Şəmkirdəki “olay”la bağlı xidməti araşdırma aparır - NAZİRLİK (ÖZƏL)

  • By admin
  • 12 Yanvar 2017 16:31

tehsil

“Hazırda Təhsil Nazirliyinin daxili nəzarət şöbəsinin əməkdaşları və Şəmkir Rayon Təhsil Şöbəsinin nümayəndələri Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbində qeyd olunan məsələ ilə bağlı xidməti araşdırma aparırlar”.

Bu haqda Gununsesi.info-nun sorğusunu cavablandıran Təhsil Nazirliyinin göndərdiyi cavabda belə deyilib. Təhsil Nazirliyinin mətbuat xidməti bildirib ki, araşdırma başa çatdıqdan sonra nəticəsi barədə ictimaiyyətə geniş məlumat veriləcək.

Qeyd edək ki, Şəmkirin Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına tam orta məktəbin direktoru Akif Namazov və laborant işləmiş Xatirə Əliyeva arasında qalmaqal yaranıb. Qalmaqala səbəb laborantın işdən çıxarılması və direktorun həmin xanımı əxlasızlıqda ittiham etməsidir.

Anar

Gununsesi.info