Təhsil Nazirliyi valideynlərə müraciət etdi - ÇƏTİNLİK YARANARSA...

  • By admin
  • 29 Avqust 2017 10:00
13837370531370932264_tehsil_nazirliyi_141111
Təhsil Nazirliyi şagirdlərə və valideynlərə müraciət edib. 
Nazilikdən Gununsesi.info-ya verilən məlumata görə, 2017-2018-ci tədris ilində dövlət ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin istifadəsinə veriləcək dərsliklərin məktəblərə çatdırılması artıq yekunlaşıb. Tədris ili başlamazdan əvvəl dərsliklərin şagirdlərə paylanılması nəzərdə tutulur.
“Şagirdlərdən və onların valideynlərindən müvafiq dövlət ümumtəhsil məktəbinə sentyabrın 8-nə qədər müraciət edərək dərslikləri əldə etmələri xahiş olunur. Hansısa səbəbdən dərsliklərlə təminatda çətinliklər yaranarsa, bu barədə məktəb rəhbərliyinə məlumat verilməlidir”, – deyə müraciətdə bildirilir.
Gununsesi.info