Təhsil Nazirliyin əməkdaşları hazırda Şəmkirdəki “olay” yerindədirlər

  • By admin
  • 12 Yanvar 2017 12:34

tehsil

“HazırdaTəhsil şöbəsinin və nazirliyin əməkdaşları M.Süleymanov adına tam orta məktəbdədir. Araşdrıma aparılır”.

Gununsesi.info xəbər verir ki, bu haqda modern.az-a Aşağı Seyfəli kəndinin icra nümayəndəsi Ələddin Əliyev məlumat verib.

O bildirib ki, araşdırmaların nəticəsindən asılı olaraq ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, Şəmkirin Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına tam orta məktəbin direktoru Akif Namazov və orada  laborant işləmiş Xatirə Əliyeva arasında qalmaqal yaranıb. Qalmaqala səbəb laborantın işdən çıxarılması və direktorun həmin xanımı əxlasızlıqda ittiham etməsidir.

Gununsesi.info