Təhsil Nazirliyindən bəzi dövlət universitetlərinin bağlanma xəbərinə REAKSİYA

  • By admin
  • 23 Yanvar 2017 15:05

tehsil

Təhsil Nazirliyi bəzi dövlət universitetlərinin bağlanacağı və birləşdiriləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Gununsesi.info xəbər verir ki,  Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov APA-nın sorğusuna cavab olaraq deyib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil.

Qeyd edək ki, bəzi təhsil ekspertləri bir çox dövlət universitetlərinin bağlanacağı barədə açıqlama veriblər.

Gununsesi.info