Təhsil Nazirliyindən valideynlərə ÇAĞIRIŞ

  • By admin
  • 26 Aprel 2021 15:43

Təhsil Nazirliyi valideynləri rus bölməsi üzrə I sinfə qəbul olmaq istəyən şagirdlərin müsahibələrinə müdaxilə etməməyə çağırıb.

Gununsesi.info xəbər verir ki, Nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov valideynlərin müsahibələr zamanı uşaqlara kömək etməməsini məsləhət görüb.

“Onlar bununla övladını çaşdırır və psixoloji təzyiq edirlər. Valideynlər onlayn müsahibələrə qoşulmağa yardım edə bilərlər. Hər bir valideynin müdaxiləsi bizim işçilər tərəfindən bilinir. Bu, uşaqların nəticəsinin qənaətbəxş sayılmamasına səbəb ola bilər”, – o deyib.

Gununsesi.info