Təhsildəki 1 həftəlik tətil belə kompensasiya olunacaq

  • By admin
  • 04 Mart 2020 15:42

“Koronavirus infeksiyasıyla bağlı ölkənin ali və orta ümumtəhsil ocaqlarında dərslərin bir həftəlik təxirə salınması kompensasiya olunacaq”.

Gununsesi.org xəbər verir ki, bunu Təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, kompensasiya dərs ilinin uzadılmasına hesabına yox, əlavə dərs saatlarının salınması hesabına həyata keçiriləcək”.

Nazir müavini həmçinin hazırda dərslərə verilən fasilənin müddətinin uzadılıb uzadılmayacağından da danışıb. O bildirib ki, vəziyyətdən asılı olaraq məsələylə bağlı qərar veriləcək:

“Nazirlər Kabineti tərəfindən Qərargah yaradılıb. Proseslər izlənilir. Nəticədən asılı olaraq müvafiq qərar qəbul ediləcək. Bugünkü tarixə kimi müddətin uzadılmasıyla bağlı fikirlər mövcud deyil”.

Gununsesi.org