“Təkcə bu gün Tərtərə 2 mindən çox mərmi düşüb, Azərbaycan silahlı qüvvələri adekvat cavab tədbirləri görəcək” - HİKMƏT HACIYEV

  • By admin
  • 02 Oktyabr 2020 19:28

“Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalisini qəsdən hədəfə almaqda davam edir”.

Gununsesi.info-nun məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, təkcə bu gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb: “Bu vəhşilik, barbarlıq və insanlığa yaraşmayan hərəkətdir.

Ermənistanın beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının müddəalarını kobud surətdə pozan bu hərəkəti müharibə cinayətidir.

Bildiririk ki, Azərbaycan silahlı qüvvələri tərəfindən adekvat cavab tədbirləri həyata keçiriləcək”.

 

 

Gununsesi.info