Təkcə Putin deyil, onlar da cəzalanmalıdır - Zelenski

  • By admin
  • 07 Aprel 2022 09:03

Ukraynada törədilən hərbi cinayətlərə görə təkcə Rusiya Prezidenti Vladimir Putin cəzalandırılmamalıdır.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O bildirib ki, Rusiya ordusu, siyasi rəhbərliyi, hərbi müdaxiləni hazırlayan, əmrləri verən və icra edənlər hərbi cinayətkardır.

“Bu cinayətlərə görə bir nəfəri cəzalandırmaq mümkün deyil. Beynəlxalq ictimaiyyət və Rusiya bilməlidir ki, bu, kütləvi cinayətdir, bunun arxasında çoxlu adam, strukturun sifarişləri, çoxlu siyasi qərar dayanır. Buna görə də hər kəs məsuliyyət daşımalıdır”, – deyə Zelenski vurğulayıb.

Gununsesi.info