
“ARB Ulduz”un “Virtual həyat” verilişinin qonağı olan model Nərgiz Abdullayeva maraqlı açıqlamalar verib.
Gununsesi.info xəbər verir ki, Nərgiz Abdullayeva modelləri qınayanlara söz atıb:
“Xalqımız bizi niyə dəstəkləmir? Elə hər zaman bizi pisləyirlər. Mən bunu başa düşmürəm. Hollivud ulduzları Azərbaycana gələndə özlərini öldürürlər. Axı bizim modellərimizin onlardan nəyi əksikdir? Modellik mənim üçün sonradan yaranan bir şey olmayıb. Uşaqlıqdan istəyim, arzum, xəyalım olub. Xəyallarım reallaşıb. Uğurlar əldə etmişəm. Bu sahədə ailəm də mənə dəstək olur”.
Sosial şəbəkələrdə onu topa-tüfəngə tutub qınaq obyektinə çevirənlərə isə modelin cavabı bu oldu:
“Mən şəkillərimin şərh yerini bağlamışam. Yazırlar ki, soyunmaqla model olunmur. Əslində, bu, səhv fikirdir. Əgər sən modelsənsə, hər formada çəkilə bilərsən. Bizim insanlar niyə belə danışırlar, anlamıram. Açıq-saçıq şəkillər paylaşan kimi yazırlar ki, soyunmaqla reytinq qazanmaq istəyir. Əgər təklif mənə gəlibsə, niyə də etməyim”.
Nərgiz Abdullayeva ilə olan geniş müsahibəni bu bazar saat 13-də “Şou məkan” verilişində izləyə bilərsiz.
Gununsesi.info