VİDEO


Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif



Oktyabr 2017
BE ÇA Ç CA C Ş B
« Sen    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

XƏBƏR LENTİ

20 Oktyabr 2017

13 Avqust 2017 - 10:44

Tələbə adı qazananların nəzərinə:BU SƏNƏDLƏRİ APARMALISINIZ - SİYAHI

 imtahan_esas_45178

 

Dövlət imtahan Mərkəzi (DİM) yenicə başa çatmış qəbul imtahanları nəticəsində ali məktəb tələbəsi adı qazanmış abituriyentlərə müraciət edərək, onları daxil olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməyə çağırıb. Gununsesi.info xəbər verir ki, tələbə adı qazanmış şəxslər 2017-ci il avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

“Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək”,-deyə DİM bəyan edib.

Ali təhsil müəssisələrinin müsabiqəsində 42804 abituriyent iştirak edib. Onlardan 36381 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11728 nəfər dövlət sifarişi əsasında, 24653 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.  Bəs ali məktəblərə qəbul olunan abituriyentlər universitetlərdə qeydiyyatdan keçmək üçün hansı sənədləri təqdim etməlidirlər? Həmin sənədlərin siyahısını təqdim edirik:

– Attestatın əsli;

– Şəxsiyyət vəsiqəsinin əsli və surəti;

– Hərbi bilet vəya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti (oğlanlar üçün);

– Yaşayış yerindən arayış;

– Sağlamlıq haqqında arayış;

– 6 ədəd 3×4 ölçüdə fotoşəkil;

– Abituriyentin DİM-in bazasındakı şəxsi kabinetinin itifadəçi adı və şifrəsi;

– Ödənişli ixtisaslar üçün 1-ci ilin tam ödənişi.

 

 

Gununsesi.info




loading...
Loading...