Azərbaycanda ali məktəblərə yerləşdirmənin nəticələri dünən axşam açıqlanandan sonra kimin hansı təhsil ocağında, hansı ixtisasa qəbul olunduğu bilindi. Ali məktəblərə qəbul olunan abituriyentlər arasında tanınmış simaların da övladları az deyil.
Gununsesi.info saytının məlumatına görə, dünən ali məktəbə qəbulun sevincini yaşayan valideynlər arasında tanınmış mətbuat nümayəndələrinin övladları da var.
Belə ki, tanımış jurnalist Gülnaz Qənbərlinin oğlu Mətin Türkiyədə Ardahan Dövlət Universitetinin Siyasət və Dövlət İdarəçiliyi fakültəsinə qəbul olunub.
Jurnalist Hafiz Babalının qızı Azərbaycan Texniki Universitetinin İnformasiya texnologiyaları fakültəsinə (dövlət sifarişi) qəbul olub.
“Əmlak bazarı” Jurnalının baş redaktoru Pərviz Rəhimoğlunun qızı Leylada ali məktəbə qəbul olub: “Ali məktəblərə bu ilki qəbul imtahanlarının nəticələri məlum oldu. Nəticələr bizim ailəni də sevindirdi. Ailəmizin ilkbeşiyi qızımız Leyla İqtisad Universitetinə qəbul olundu. Təbriklər qızım!!! Allah hər bir ailəyə qismət etsin!”
Hərbi jurnalist, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğlunun qızı Şamila Şamilqızı da ali məktəbə qəbul olanlar arasındadı. O, qızı ilə bağlı sosila şəbəkədə status paylaşıb: “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Sənətşünaslıq fakültəsində, pulsuz ali təhsil almaq nəsibim olacaq, Allah izn versə.Mənə dəstək olan ən birinci Uca Allahıma təşəkkür edirəm, daim, mənimlə olduğu üçün. İkinci olaraq valideynlərimə təşəkkür edirəm min bir əziyyətlə məni oxutduqları üçün, elmimi artırmağa çalışan və buna nail olan müəllimlərimə, istər sonradan fərdi qaydada hazırlığa getdiyim-Təranə, Gülnarə, Füruzə müəlliməyə, istərsə də 2 il təhsil aldığım Hədəf Kurslarının mehriban kollektivinə, Kodlaşdırmamı edən mələyim – Arzu Nəbizadə bacıma, mənə dəstək olan dostlarıma, uğuruma sevinən insanlara…Xüsusən də, Respublika Təhsil Nazirliyinin şöbə müdiri Əziz xanıma, “Yeni Yurd” ictimai birliyinin bütün fəallarına xüsusilə təşkilatın sədri Mahirə xanım Əsədovaya,”Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin bütün fəallarına, xüsusilə Dilbər Sultanovaya təşəkkürümü bildirirəm. Qəbul oldum, amma hər şey bununla bitmir. Həyatla mücadiləm hələ yeni başlayır. Arzularımın arxasıyca yeriməyəcəm,qaçacam. Amma səbrlə, yavaş-yavaş. Uzun danışmayacam hər zamankı kimi…Tələbə adı xeyirli, uğurlu olsun, İnşallah… Hər kəsə böyük təşəkkürlər indidən… Allah hər kəsin könlünə görə versin İnşallah…”
Allah hərbir ailəyə qismətetsin!
İqtisadçı ekspert Qubad İbadoğlunun qızıda tələbə adı qazananlar sırasındadı: “Qızım Jalə Bakı Dövlət Universitetinin hüquq fakultəsinə qəbul olundu. Ailəmizi, qohumları, yaxınları, dostları sevindirdi. Həsrətlə gözlədiyi arzusuna çatdı. Hüquqşünas olmaq istəyini mənə 3-4 il bundan əvvəl bildirmişdi, arzusu siyasi məhbusların haqlarını müdafiə etmək idi. Mən də o zaman sən Universitetə qəbul olunanda ölkəmizdə siyasi məhbus qalmayacaq demişdim. O da gülərək bildirmişdi ki, 5 ildir ki, eyni söhbəti aparırsınız. O haqlı çıxdı. Hazırda təəssüflər olsun ki, hüquqlarının müdafiəsi tələb olunan çoxsaylı siyasi məhbuslarımız var. Arzu edək ki, Jalə Universitetdə oxuyanda siyasi məhbuslar problemi həll olunsun, o da ixtisasını mənim arzuladığım kommersiya-biznes hüququna dəyişsin ki, Azərbaycan xalqından oğurlanmış pulları dövlət büdcəsinə qaytara bilək”.
Müğənni Samira Allahverdiyevanın oğlu Əli də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olub.
Sevincini bölüşən S.Allahverdi: “Allaha çox şükür. Sevinirəm, ürəyim instituta daxil oldu. Allahın izni ilə bu sevinc hissini yaşadım. Mənim balama dua edən hər kəsə sonsuz təşəkkürlər”.
Müğənni açıqlamasında övladının xaricdə oxumaq istədiyini bildirmişdi: “Oğlum əslində xaricdə oxumaq istəyirdi, amma mən ondan uzaq qalmaq istəmirdim. Ona görə də burada qaldı”.
Aydınlar Partiyasının sədr müavini Qorxmaz İbrahimlinin qızı Aytac da ali məktəbə daxil olub: “Gözəl qızım Aytac uzun müddət idi arzuladığı yerə bu il qəbul oldu. Qızlarımın üçü də öz düşündükləri universitetdə oxuduqlarından mən məmnunam. Allah bütün övladları xoşbəxt eləsin, bizlər də şükr edək”.
Anar
Gununsesi.info