
Lənkəran Dövlət Universitetinin (LDU) kompüter mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi Zəka Həmidov LDU-nun əvvəlki illər məzunu, Astara rayon sakini Elçin Baxşıyev tərəfindən bıçaqlanıb.
Gununsesi.info-ya LDU-dan verilən məlumata görə, hadisə universitetin ərazisindən kənarda baş verib.
Hadisənin baş verməsinin dəqiq təfərrüatları bilinməsə də, ilkin məlumata görə, iki gənc arasında mübahisə şəxsi münasibətlər zəminində baş verib.
Hazırda yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Gununsesi.info