
Tələbə kirayə qaldığı evi qarət etdi.
Gününsəsi.info xəbər verir ki, oğurluq hadisəsi Nəsimi rayonu Süleyman Rəhimov küçəs 205 mənzil 4 Muxtarova Zəmirə Yusif qızına məxsus mənzildə baş verib.
Z.Muxtarovanın sözlərinə görə kirayəşin axtardığı bir vaxtlar əslən Tovuz rayonundan olan Gülnarə adında bir qız paytaxta tələbə olduğundan qalmağa ev axtardığını deyib. Ancaq onunla yanaşı daha 2 tələbə qızın qalacağını deyən Gülnarə, ev sahibi Zəmirə xanımla razılaşıb. Kirayəşinə yaxşılıq edib evində yer verən Zəmirə xanım hardan biləydi ki, onun bu insanlığı gözlənilməz sonluqla bitəcək. Zərərçəkən Zəmirə xanımın sözlərinə görə Gülnarə adlı kirayəşin onu yalan vədlərlə aldadıb. Əslində onunla qalacaq digər 2 tələbə heç olmayıb. Bununla belə qaldığı 1 gün ərzində heç də Gülnarəni özünü tələbə kimi aparmadığını deyir. Saatlarla evdə telefonla danışaraq müxtəlif oglan adları çəkib. Çağrılmamış kirayəşin zərərçəkənin evindən 3000 min manat dəyərində olan qızıl-zinət əşyalarını aparıb.
Artıq faktla bağlı Nəsimi rayon 22-ci polis bölməsinə məlumat veirlib.
Z.Məhərəmova Gülnarə ilə bağlı bildiyi bütün məlumatları eləcə də sosisal şəbəkədə olan şəkillərini polisə təqdim edib. Hər halda bu qədər açıq aydın görsənən cinayətkarın tutularaq istintaqa təqdim edilməsi ümid edirik ki özünü çox da gözlətməz.
Gününsəsi.info