Peterburq metrosunda qeyri-adi aksiya keçirilib.
Gununsesi.info ölkə.az-a istinadən xəbər verir ki, Anna Dovqalyuk adlı tələbə qızların yubkasının altına baxan pozğunları qorumaq üçün belə bir üsula əl atıb. Anna metronun ortasında insanların arasında qırmızı yubkasını qaldıraraq ətrafı seyr edib.
Anna bu aksiyasını videoya çəkərək sosial şəbəkələrdə paylaşıb. Tələbə qız video çarx haqqında deyir: “Cəmiyyətimizin susduğu böyük bir problemə diqqət cəlb etməyə çalışıram. Düşünürəm ki, müasir dünya bu problemi aktiv şəkildə müzakirə etməlidir. Mənim qanun qəbul etmək səlahiyyətim yoxdur. Amma mən diqqəti bu problemə cəlb edə bilərəm. Qadınlar və qızlara bir çox ictimai yerlərdə pis nəzərlə baxırlar, yubkalarının altına boylanan pozğunların sayı çoxdur”.
Gununsesi.info