Tələbə uzunsürən xəstəlikdən sonra vəfat etdi

  • By ilhame
  • 09 Mart 2024 22:05

Azərbaycan Texniki Universitetinin tələbəsi Nihad İsmayılov vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.

Bildirilib ki, o, uzunsürən xəstəlikdən sonra vəfat edib.

Onun İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsində təhsil aldığı qeyd olunub.

Gununsesi.info