Tələbə yataqxanaları ilə bağlı – TƏKLİF

  • By arzu
  • 13 Noyabr 2019
Milli Məclisin iclasında parlament sədrinin köməkçisi Valeh Ələsgərov tələbə yataqxanalarının tikilməsi ilə bağlı təklif irəli sürülüb.

Gununsesi.org xəbər verir ki, Valeh Ələsgərov “Tik-idarə et-təhvil ver” (TİT) modelindən istifadəni məqsədəuyğun hesab edib.

O bildirib ki, bu modellə bağlı 2016-cı ildə Milli Məclis tərəfindən qanun qəbul olunub. Vitse-spiker qeyd ki, dünyanın bir çox ölkələrində bu modeldən səmərəli istifadə olunur, körpülər, tunellər, hava limanları tikilir.

“Milli Məclis bu qanuna əlavə edərək tələbə kampuslarının tikilməsi üçün qanunvericilik bazası yarada bilər. Tələbə yataqxanaları ilə bağlı məsələ bu yolla daha tez həll oluna bilər. Təklif edirəm ki, Təhsil və Maliyyə nazirlikləri ilə birgə bununla bağlı müəyyən mexanizm hazırlayaq”. / Oxu.az

Gununsesi.org