Tələbələr bankomatlara axışdı: Bankdan milyonlarla dollar çıxarıldı

  • By admin
  • 19 Mart 2024 09:17

Efiopiya Kommersiya Bankının sistemindəki nasazlıq səbəbindən insanlar təxminən 40 milyon dollar çıxarıblar.

Gununsesi.info xəbər verir ki, , sistem nasazlığı zamanı bankın əməliyyatları dondurması bir neçə saat çəkib.

Bankın prezidenti Abe Sano bildirib ki, pulun böyük hissəsi tələbələr tərəfindən çıxarılıb.

Tələbələr hesablarında olandan daha çox nağd pul çıxara bildiklərini və xəbərləri mesajlaşma proqramları və telefon zəngləri vasitəsilə yaydıqlarını aşkar ediblər.

Bildirilib ki, universitet şəhərciyindəki bankomatlarda uzun növbələr yaranıb.

BBC-yə danışan bir tələbə polis kampusa gələnə qədər tələbələrin pullarını çəkməyə davam etdiklərini söyləyib.

Tələbə dostunun bankdan külli miqdarda pul çıxardığını dedikdə inanmadığını, lakin sonradan bankın telefon tətbiqindən istifadə edərək hesabında olmayan pulu köçürdüyünü bildirib.

Hadisədən sonra bəzi tələbələr universitetdəki dostlarını “onlara aid olmayan pulları qaytarmağa” çağırıblar.

Bankın çıxarılan vəsaitləri geri qaytarmaq cəhdinin indiyədək nə dərəcədə uğurlu olduğu məlum deyil.

Efiopiya Mərkəzi Bankı bazar günü baxım və yoxlama fəaliyyətləri zamanı nasazlığın baş verdiyini bildirən bir məlumat yayıb.

Bununla belə, məlumatın diqqət mərkəzində Efiopiya Kommersiya Bankı bütün əməliyyatları dondurduqdan sonra baş verən xidmət kəsilməsi olub. Çıxarılan milyonlarla dollardan söz açılmayıb.

Bildirilir ki, 82 il əvvəl yaradılan Efiopiya Kommersiya Bankında 38 milyondan çox adamın hesabı var.

 

Gununsesi.info