Tələbələri və müəllimləri daşıyan qayıq batdı: 14 nəfər ölüb

  • By admin
  • 19 Yanvar 2024 16:39

Hindistanın qərbindəki Qucarat ştatında tələbələr və müəllimləri daşıyan kiçik qayığın batması nəticəsində 14 nəfər ölüb.

Gununsesi.info xəbər verir ki, polis ştatın Vadodara şəhərindəki göldə tələbə və müəllimləri daşıyan kiçik qayığın çevrildiyini açıqlayıb. Qayıqda 4 müəllim və 24 tələbənin olduğu bildirilib.

Ştat baş naziri Bhupendra Patel qəzadan sağ çıxanlara lazımi yardım və müalicənin göstərilməsinə təlimat verildiyini qeyd edib. Patel axtarış-xilasetmə işlərinin davam etdiyi barədə məlumat paylaşıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Hindistanın baş naziri Narendra Modi sosial media platformasında hadisə ilə bağlı paylaşım edib.

Gununsesi.info