
İlahə HƏMİDOVA: “Şagirdlərin tələbəlik həyatını, universitet mühitini, burada keçirilən dərsləri və tədbirləri gözləri ilə görmələri, onların gələcək həyatlarının, daxili həvəslərinin doğru yönləndirilməsi üçün belə bir layihəyə start verdim…”
Emil ABBASOV: “Başqa fakültələrdən olan tələblərə rast gəlmişəm ki, onlar seçimlərindən bir növ narazılıq ediblər, loru dillə desəm, az qala dizlərinə döyələr ki, biz gərək informasiya texnologiyaları və mühəndislik fakültəsini seçəydik…”
Mayın 25-də Azərbaycan Diplomatiya Akademiyası (ADA) Universitetində Bakı şəhər Xətai rayon 221 saylı orta məktəblə birlikdə “Məktəbdən universitetə gedən yol “adlı layihə çərçivəsində görüş-tədbir keçirilib.
Tədbiri aparan ADA-nın əməkdaşı Şəbnəm Qəhrəmanova şagirdləri müzakirələrdə fəal olmağa səsləyib.
