Tələbələrin etirazına universitetdən cavab - BU KİMİNSƏ KƏŞFİ DEYİL (YENİLƏNİB)

  • By admin
  • 30 May 2017 13:02

adu

Azərbaycan Dillər Univsitetinin 4-cü kurs tələbələri hazırda  binanın rəsmi korpusunun qarşısında etiraz aksiyası keçirirlər.

Etiraz edən tələbələrin Gununsesi.info-ya verdiyi xəbərə görə, hazırda ADU-nun rektoru tələbləri qəbul etmək üçün iclas zalına dəvət edib: “Tələbələr saatlardır etiraz edirlər və tələblərini, etirazlarını rektora bir-başa bildirmək istəyirlər. Nəticədə rektor onları qəbul etməyə qərar verib. Onlar “rektor gəlsin” tələblərini səsləndirirlər. Hazırda görüşə hazırlıq gedir”-deyə onlar bildiriblər.

***

Azərbaycan Dillər Univsitetinin 4-cü kurs tələbələri hazırda  binanın rəsmi korpusunun qarşısında etiraz aksiyası keçirirlər.

Gununsesi.info-nun xəbərinə görə, tələbələrin etirazına səbəb yalnız onlara 9 dövlət imtahanının tətbiq edilməsidir. Etiraz səslərini ucaldan tələbələrdən Sürəyya  Rüstəmova iddia edir ki, universitetdə  məzunlara bir gündə üst-üstə 8 fənndən  imtahan salınıb:

“Üst-üstə 720 mövzudur. Hələ üstəlik, tək filologiya fakultəsinə 8 fənndən dövlət  imtahanı salınmasıdır. Suallar da testlə deyil, 720 mövzu və hər mövzuya da müxtəlif suallar düşür. Belə hesabla ümumilikdə 1000 sual edir. Tələbimiz dövlət imtahanının ləğvidir. Heç bur universitetdə 9 fənndən dövlət imtahanı yoxdur”-, deyə onlar bildiriblər.

 ADU-nin informasiya şöbəsinin müdiri Araz Ağayev isə etirazçılara bildirib ki, dövlət imtahanının keçirilməsi  Nazirlər Kabinetinin 2010-cü il tarixli  qərarına əsaslanır:

“Bakalavr təhsilinin təşkili qaydaları var. Həmin qaydalarda  yazılıb ki, yekun buraxılış attestasiyanın keçirilməsi məcburidir. Dövlət imtahanın tətbiqi də məhz, həmin qaydalara əsaslanır. Bu kiminsə kəşfi deyil. Bu hada qanunvericiliyin ziddinə heç nə yoxdur. Tədris ilinin əvvəlindən tələbələrə bu  haqda  məlumat verilib”.

 Tələbələr isə iddia edirlər ki, qərar 2010-cu ildə verilibsə, nəyə görə yalnız bu il  onlara tətbiq edilir.

 Qeyd edək ki, tələbələrin etiraz aksiyası hələ də  davam edir.

Gülnaz Qənbərli

Gununsesi.info