Hava şəraiti ilə əlaqədar “Azəriqaz” İB aparılacaq təmir işlərini təxirə salıb.
Gununsesi.info xəbər verir ki, bunu mətbuata açıqlamasında “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev bildirib.
İ. Kərbəlayev qeyd edib ki, əhalinin təbii qaza olan tələbatını təmin etmək məqsədilə sərfiyyatda 1 mln. 446 min kubmetr artım var:
“Tələbat artdıqca təbii qazın verilişində də artım olacaq. Hava şəraiti qazın verilişində heç bir problemə səbəb olmayıb”.
Gununsesi.info