İsrailin hücumu Təl-Əvivdə baş verən silahlı hücumlara görə məsuliyyəti ” Əl Əqsa şəhidləri ” briqadası öz üzərinə götürüb.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qruplaşmanın sözçüsü Əbu Məhəmməd deyib.
Qruplaşma sözçüsü bildirib ki, hücumu keçirən Raad Fəthi Hazim və onun bir döyüşçüsü olub.
Qruplaşma İsrailə qarşı yeni ” Qasırğa Mərkəzi ” adlı əməliyyat başlatdıqlarını və hücumların daha da artacağını bildirib.
Qeyd edək ki, aprelin 7-də İsrailin paytaxtı Təl-Əvivdə Dizenqof və Ben Qurion küçələrinin kəsişməsində terror aktı törədilib. Hadisə nəticəsində azı 2 nəfər həlak olub, daha 12 nəfər yaralanıb.
Gununsesi.info