Təl-Əvivdə atışma - Ölən və yaralananlar var - VİDEO

  • By Günel
  • 01 Oktyabr 2024 20:41

İsrailin paytaxtı Tel-Əvivdə atışma baş verib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda İsrail polisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə şəhərin cənubunda, yəhudi-ərəb əhalisinin qarışıq yaşadığı Yaffada baş verib. Atışma zamanı ölən və yaralananların olduğu qeyd edilir.

Hadisənin terror aktı olduğu ehtimal olunur.

 

Gununsesi.info