Türkiyənin İsrailin sui-qəsd nəticəsində həyatını itirən Həmas lideri İsmayıl Haniyə üçün 1 günlük yas elan etmesi, İsrailin qəzəbinə yol açıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Türkiyənin Həmas lideri İsmayıl Haniyənin sui-qəsd nəticəsində öldürülməsi səbəbiylə 1 günlük yas elan etməsi İsraili hiddətləndirib.
İsrail mediası İsrailin Xarici işlər naziri Katzın buna reaksiya olaraq Türkiyənin İsraildəki müvəqqəti işlər vəkili Öncü Keçelini Nazirliyə çağırdığını və onu qınadığını bildirib.
İsrailin Xarici işlər naziri Katz sosial mediada paylaşım edərək “terrorçu İsmayıl Haniyə kimi bir qatil üçün matəm saxlamağı İsrail dövləti dözməyəcək”,- deyə bildirib.
Günel
Gununsesi.info