
İraq ordusu Təlafəri İŞİD terror qruplaşmasından azad edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə əməliyyata rəhbərlik edən Əbdül-Əmir Yaralla bildirib.
O qeyd edib ki, yalnız şəhərin şimal ətrafındakı İyadıya qəsəbəsi və bir neçə kənd qalıb. Ordu bölmələri artıq oraya gedir.
Qeyd edək ki, Təlafərin azad edilməsi əməliyyatına avqustun 20-də başlanılıb. Bu şəhər İraq və Suriya sərhəddində İŞİD-in əlində olan sonuncu böyük ərazi idi.
Gununsesi.info