Təlim zamanı 15 hərbçi yaralandı

  • By admin
  • 14 Sentyabr 2017 08:33

asker-amerika

ABŞ-ın Kaliforniya ştatında təlim zamanı ABŞ dəniz piyadaları korpusunun 15 əsgəri xəsarət alıb.

Hadisə San-Dieqo şəhəri yaxınlığında yerləşən “Kemp-Pendlton” hərbi bazasında qeydə alınıb.

İlkin məlumata əsasən, insidentə suda və quruda hərəkət edən amfibiya tankının yanması səbəb olub. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətləri barədə məlumat verilmir. İnsidentlə əlaqədar araşdırmalara başlanılıb.