Təlimlərdə döyüş atışları yerinə yetirilib  - FOTOLAR

  • By admin
  • 20 Aprel 2017 15:40

593becf6a4e54f43f6f119349245fa44

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, plana müvafiq olaraq bu mərhələdə artilleriya, hava hücumundan müdafiə vasitələri, aviasiya, xüsusi növ qoşunlar, eləcə də digər birləşmələr silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.

Müasir ümumqoşun döyüşünün prinsiplərinə riayət edilməklə, mürəkkəb relyef şəraitində və şərti düşmənin ehtimal olunan fəaliyyəti nəzərə alınaraq qoşunların, eləcə də idarəetmə sistemlərinin qarşılıqlı əlaqədə effektiv tətbiqi həyata keçirilib.

Müxtəlif poliqonlarda və müasir avadanlıqla təchiz edilmiş təlim sahələrində döyüş atışları, bölmələrin və atəşin manevrləri yerinə yetirilib.
0d1eff3b377c03038336e97be04a5720 0de7c5a33028a73aff099f52a6420e5f 01a6d65a41512a38f89d547827785bf2 5b3d092213396b1e99abe2de59b1cd10 5c027ec7060d275a658ecf18edaedc5e 9e99bc8b5b8079f592f324a6b327e610 21bbacecd1108f277de140dc9f8a5986 024e91bb1e1f0b17927c68d0d62c0fb6 94e3c884492197370efb49520f63b8fe 97d820dab6ef3c12995dd73e1c703b5f 914f69bc429f9bebc7120f4a45315f96 bcd1df4dc6fdbd39380596b1599ae4eb e3ef479b287fdde57e7eceff52924735 fe6c4c89b3a2f500d5bf0e33405a55da
Anar
Gununsesi.info