Təlimlərin keçirilməsi planına uyğun olaraq qoşunlar döyüş tapşırıqlarını icra edirlər - Müdafiə Nazirliyi - FOTO

  • By admin
  • 17 Aprel 2017 17:46

mud-foto

Genişmiqyaslı təlimlərin keçirilməsi planına uyğun olaraq həyəcan siqnalı ilə qaldırılan qoşunlar və komanda idarəetmə məntəqələri əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edirlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya bildiriblər ki, qoşunların idarə edilməsi onların təşkili üzrə yüksək tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilir.

Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.

Təlimin hazırkı mərhələsinin şərtlərinə uyğun olaraq qoşunlar planlı tədbirlər yerinə yetirir.

Gununsesi.info